Azərbaycanda koronavirusla bağlı epidemioloji vəziyyət açıqlanıb

“Ölkədə pandemiya ilə əlaqədar epidemioloji vəziyyət tam nəzarət altındadır”.

Bunu “Report”a müsahibəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

TƏBİB rəsmisi bildirib ki, gündəlik yoluxma sayı getdikcə azalır: “Ən vacib göstərici isə xəstəliyin ağırlığı, yəni kliniki vəziyyət və xəstəxanalara olan təlabatdır. Bu məsələdə də heç bir problem yoxdur və epidemioloji vəziyyət nəzarət altındadır”.

Qeyd edək ki, hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 329 nəfərdir.

Yaqut Qarayevanın geniş müsahibəsini buradan oxuya bilərsiniz.скачать dle 10.6фильмы бесплатно
5-04-2022, 17:00
Baxıs: 21 851
Reyting: