Daşınmaz əmlak bazarı: İlkin mənzillərin qiyməti artıb, təkrar mənzillər ucuzlaşıb

Bu ilin avqust ayında əvvəlki ayla müqayisədə daşınmaz əmlak bazarında qiymətlər təxminən stabil qalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qiymətlərdə 8,42 % artım olub.

Bu barədə Leqal.info-ya Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov məlumat verib.

N.İbrahimov təkrar mənzillərin qiymətinin azaldığını bildirib:

“Təkrar mənzil bazarında qiymətlər ay ərzində 2,95 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,73 % azalıb. İlkin mənzil bazarında ay ərzində qiymətlərdə 1,93 %, ötən ilin eyni dövrü ilə müqayisədə 12,18 % bahalaşma qeydə alınıb”.

“Mənzillərin kirayəsi bazarında qiymətlər ay ərzində 0,36 %, ötən ilin eyni dövrü ilə mqayisədə 3,47 % artıb”, - deyə ekspert əlavə edib.скачать dle 10.6фильмы бесплатно
13-09-2021, 14:26
Baxıs: 20 876
Reyting: