Təcili yardımda çalışanların maaşları necə hesablanacaq?

“Təcili yardım işçilərinin əməkhaqları iki hissədən ibarətdir: vəzifə maaşı və icbari tibbi sığorta əlavəsi”.

Leqal.info xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə “İcbari tibbi sığorta sistemində tibb işçilərinin əməkhaqlarının hesablanması qaydası” mövzusunda sualları cavablandırarkən deyib.

Y.Mahmudzadənin sözlərinə görə, hazırda onlar vəzifı maaşı məbləğində icbari tibbi sığorta əlavəsi alırlar:

“Bütün digər əlavələr isə bu iki komponentin cəmindən hesablanacaq. Gecə növbəsində görülən işə görə, fasiləsiz əmək stajına görə olan əlavələr də həm vəzifə maaşı, həm də sabit həvəsləndirici əlavənin cəmindən hesablanır”.скачать dle 10.6фильмы бесплатно
23-04-2021, 23:39
Baxıs: 41 340
Reyting: