Uşaqları koronavirusdan necə qoruyaq?

Koronavirusun ikinci dalğasının payız və qış aylarında olma ehtimalı var. Lakin bütün dünya artıq buna hazırdır. Əsas dalğa fevral ayında idi. Bu vəziyyət bir il davam edə bilər. Payız-qışda bu vəziyyət təkrarlana bilər, amma fikrimcə, çox şiddətli şəkildə olmayacaq.

Bunu Milli.Az-a açıqlamasında Əbülfəz Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatrı Günay Cavadova deyib.

Onun sözlərinə görə, karantin bitəndən sonra da əhali ehtiyatlı olmalıdır: "Kütləvi şəkildə insanların toplaşdığı yerlərdə həddən artıq ehtiyatlı olmaq lazımdır. Məsələn, mall-arda hərarət ölçülürdü girişlərdə. Bu iş davam etməlidir".

"Məktəb və bağçalarda xəstə uşaqların daxil olmasına yol verilməməlidir. Bu işdə də məktəb və bağça həkimlər təlimatlandılmalıdır. Məktəb və bağça həkimlərinin üzərinə çox iş düşür. Müəyyən simptomlar aşkarlanandan sonra şagirdlər xüsusi izolyasiya otaqlarında təcrid olunmalıdır və sonra valideynlərə təhvil verilməlidir. Bu, izolyasiya tədbiridir", - pediatr qeyd edib.

"Bundan başqa immuniteti qorumaq, gigiyenik qaydalara əməl etmək lazımdır", - G. Cavadova deyib.

"Koronavirusun daha təhlükəli olduğunu nəzərə alaraq, xroniki xəstəliyi olan yaşlılar daim o xəstəliklərini müalicə etməlidir ki, tək koronavirus yox, istənilən xəstəliyə yoluxanda, yəni məsələn, diabeti, astması, ürək-damar sisteminin patologiyaları, başqa xəstəlikləri varsa, onlar pəhrizlərinə, müalicələrinə ən düzgün şəkildə riayət etməlidir ki, vəziyyətləri ağırlaşmasın. Bu halların olmaması üçün onlar daim qeydiyyatda, həkim nəzarətində olmalıdırlar.

Uşaqlara gəldikdə, müəyyən planlı peyvəndlər mövcuddur. Məsələn, pnevmoniya əleyhinə. Poliklinika həkimləri bunları bilir. Bütün peyvəndlər vaxtı-vaxtında edilsə, uşaqların immunitetləri daha möhkəm olar", - pediatr qeyd edib.скачать dle 10.6фильмы бесплатно
30-04-2020, 14:59
Baxıs: 35 241
Reyting: