Gürcüstanda sabiq deputata elektron qolbaq taxılıb

Gürcüstanın müxalifət Vahid Milli Hərəkat Partiyasının üzvü, keçmiş deputat Nika Meliaya elektron qolbaq taxılıb.

Leqal.info “Report”a istinadən xəbər verir ki, Milli Probasiya Agentliyinin əməkdaşları müxalifətçinin evində olublar.

Elektron qolbaq N.Melianın qoluna taxılıb. Bundan sonra siyasətçi Gürcüstan Baş Prokurorluğunun elektron nəzarəti altında olacaq.

Qeyd edək ki, N.Melianın elektron qolbaq daşıması barədə qərarı Tbilisi Apellyasiya məhkəməsi iyulun 2-də qəbul edib.

Həmin gün məhkəmə Gürcüstanın Baş Prokurorluğunun N.Melianın 30 min lari girov müqabilində azadlığa buraxılması barədə Tbilisi Şəhər Məhkəməsinin qərarından şikayətinə baxılıb.

Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

N.Melianın deputat toxunulmazlığı iyunun 26-da aradan qaldırılıb. Parlamentin sabiq üzvü Tbilisidə iyunun 20-21-də keçirilən aksiyalarda kütləvi zorakılığın təşkili, ona rəhbərlik etməkdə və iştirakda təqsirləndirilir.скачать dle 10.6фильмы бесплатно
3-07-2019, 22:14
Baxıs: 82 292
Reyting: