İsrail prezidentinin həyat yoldaşı

İsrail Prezidenti Reuven Rivlinin həyat yoldaşı Nexama Rivlin 74 yaşında vəfat edib.

“Report” “Newsru.co”ya istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu “Twitter” səhifəsində bildirib.

2017-ci ildə təqaüdə çıxan Nexama Rivlin ağciyərin firbozu xəstəliyindən əziyyət çəkirmiş. Ağciyərin köçürülməsini iki il gözləyib.

Bildirilib ki, Nexama Rivlin 1945-ci il iyunun 5-də Ukraynanın Xerut qəsəbəsində anadan olub. 1964-cü ildə Yəhudi Universitetinə daxil olaraq botanika və genetika sahələrini öyrənib. 1970-ci ildə Reuvenlə Nixama tanış olub, bir il sonra ailə qurublar. Cütlüyün Ran, Anat və Rivi adlı üç övladı var.
İsrail prezidentinin həyat yoldaşı
İsrail prezidentinin həyat yoldaşı скачать dle 10.6фильмы бесплатно
4-06-2019, 15:24
Baxıs: 66 834
Reyting: