Yerevan Dövlət Universitetinin rektoru

Yerevan Dövlət Universitetinin (YDU) rektoru Aram Simonyan tutduğu vəzifədən istefa verib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə universitetin mətbuat katibi Gevorq Emin-Teryan “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, 2015-2018-ci illərdə universitetin 18 əməkdaşı Ermənistandan kənarda uzun müddətə müalicə olunublar. İstintaq onların adlarının faktiki işdə olan kimi qeydə alındığını aşkarlayıb. Universitet rəhbərliyinin bir sıra sui-istifadə halları aşkarlandığına dair xəbər yayılmışdı. Aparılan yoxlamalar nəticəsində YDU-nun fonduna təxminən 1,6 milyon dollar məbləğində ziyan dəydiyi məlum olub.

Xatırladaq ki, cair ilin fevralında YDU tələbələri rektor Aram Simonyanın istefasını tələb ediblər.скачать dle 10.6фильмы бесплатно
23-05-2019, 16:52
Baxıs: 49 233
Reyting: