Ermənistan baş nazirinin müşaviri
Ermənistan baş nazirinin ictimai əsaslarla müşaviri Qriqor Muradyan vəzifəsindən azad edilib.
“Report” “Panorama”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan hökumətinin saytı yayıb. Bildirilib ki, mayın 22-də Ermənistanın baş naziri Nikol Paşinyan uyğun qərarı imzalayıb. Baş nazirin digər imzası ilə Gevorq Movsesyan Ermənistan Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini təyin edilib. Qeyd edək ki, mayın 22-də Ermənistan KİV-i hökumətdə ciddi kadr dəyişikliklərinin olacağı barədə məlumat yaymışdı. |
XƏBƏR LENTİ
Bu gün, 16:36
Bu gün, 14:39
Bu gün, 13:15






