Ermənistanda hərbi hissədə əsgərlər qiyama cəhd göstəriblər
Ermənistanın hərbi hissələrindən birində əsgərlər qiyama cəhd göstəriblər.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan "Facebook" səhifəsində Ermənistandakı hərbi hissələrdən birində nizam-intizamın pozulması ilə bağlı xəbərləri şərh edərkən yazıb. A.Ovannisyan qeyd edib: "Nizam-intizamı pozan bir neçə əsgər 90-cı illərin ruhuna uyğun olaraq ayrıca geyimdən və menyudan istifadə etməklə və zabtləri qarət etməklə hərbi hissədə öz qaydalarını tətbiq etməyə cəhd göstəriblər. Onlar digər əsgərləri qiyama təhrik etməyə çalışıblar". O qeyd edib ki, bir neçə zabit məsələ ilə bağlı istefaya göndərilib. Nazirlik rəsmisi eyni zamanda 600-ə yaxın hərbçinin ölkənin cənubundakı hərbi hissəni tərk etməyə çalışdığı barədə məlumatları təkzib edib. |
XƏBƏR LENTİ
17-03-2023, 16:20
17-03-2023, 16:15
17-03-2023, 16:07
17-03-2023, 12:25
17-03-2023, 12:16
17-03-2023, 12:02
17-03-2023, 11:36
17-03-2023, 08:26
17-03-2023, 08:14