Rusiya Dövlət Dumasının sədri Ermənistan parlamentinin spikeri ilə görüşdən imtina edib

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Moskvada Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşməyib.

Leqal.info “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, Ermənistan parlamentinin keçmiş sədrləri Ovik Abramyan, Qalust Saakyan və Ara Babloyan Rusiyaya ənənəvi səfərləri zamanı Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb.

Məlumata görə, bu dəfə V.Volodinin onunla görüşü protokolda nəzərdə tutulmayıb.

Qeyd edək ki, Ararat Mirzoyan fevralın 27-də Rusiyaya səfər edib.скачать dle 10.6фильмы бесплатно
28-02-2019, 14:32
Baxıs: 47 578
Reyting: