ABŞ və KXDR liderləri Hanoyda geniştərkibli görüşə başlayıblar - YENİLƏNİB

ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında cümə axşamı Hanoyda keçirilən təkbətək görüş başa çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, görüş 30 dəqiqə davam edib.

İndi iki ölkə lideri bir neçə saat davam edəcək geniştərkibdə danışıqlara başlayıblar.

***06:32

ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In sammitin ikinci gününə start verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, hazırda liderlər arasında təkbətək görüş keçirilir.

Cümə axşamı danışıqlara ümumilikdə 5 saat sərf olunacaq. Tramp Hanoyu tərk etməzdən əvvəl mətbuat konfransı keçirəcək.скачать dle 10.6фильмы бесплатно
28-02-2019, 07:23
Baxıs: 41 216
Reyting:
  
Teq: ABŞ, KXDR