Kanadada 30 minə yaxın istifadəçi elektrik enerjisiz qalıb
Kanadanın Ontario vilayətində qasırğa nəticəsində 30 minə yaxın təsərrüfat, mağaza, dövlət strukturu elektrik enerjisiz qalıb.
Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, küləyin sürəti bəzi yerlərdə 120 km/s-a çatır (33 m/s). Hydro One regional elektrik şəbəkə şirkəti bildirib ki, qəza briqadaları şəbəkələrdə baş verən problemləri arada qaldırır. İşlərin yekunlaşma müddəti dəqiqləşdirilmir. Bundan başqa KİV-lər təbii fəlakət nəticəsində bir çox evə, reklam konstruksiyalarına, ziyanın dəydiyini qeyd edir. Xəsarət alan barədə məlumat yoxdur. |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































