OPEC Maduronun ABŞ-ın sanksiyalarını pisləməyə dair çağırışını cavabsız qoyub

Venesuela prezidenti Nikolas Maduro OPEC-i ABŞ tərəfindən ölkəsinin neft sektoruna yönəlmiş sanksiyaları pisləməyə çağırıb, lakin kartel onun bu çağırışına cavab verməyib.

Leqal.info “Report”a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Maduronun adından 29 yanvar tarixində OPEC-in baş katibi Məhəmməd Barkindoya ünvanlanmış məktub barədə məlumatlı olan mənbəyə istinadən "Reuters" məlumat yayıb.

"Ölkəmiz hazırda ABŞ-ın Venesuelanın daxili işlərinə qanunsuz və əsassız müdaxiləsinə qarşı apardığımız mübarizədə OPEC ölkələri və onun nazirlər konfransının həmrəylik və tam dəstəyinə ümid bəsləyir", - deyə agentlik Maduronun OPEC-in baş katibinə yazdığı məktubdan sitat gətirir.

Maduro OPEC-i bu hərəkətlərin qlobal neft bazarına təsir göstərdiyini və təşkilata daxil olan digər ölkələr üçün yaratdığı riski nəzərə almaqla ABŞ-ın sanksiyalarına müqavimət göstərməyə yönəlmiş qərarlar tapmaqda Venesuelaya köməklik göstərməyə çağırıb.скачать dle 10.6фильмы бесплатно
12-02-2019, 08:09
Baxıs: 35 795
Reyting: