Tramp və Ərdoğan arasında telefon danışığı olub

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

D.Tramp bildirib: "Mənim indicə Türkiyə prezidenti Ərdoğanla uzun və məhsuldar telefon danışığım oldu. Biz İŞİD-i, bizim Suriyada birgə fəaliyyətimizi, ABŞ hərbçilərinin oradan yavaş və sıx əlaqələndirilmiş çıxarılmasını müzakirə etdik... Biz həmçinin əhəmiyyətli dərəcədə genişlənmiş ticarəti müzakirə etdik".

Qeyd edək ki, daha əvvəl D.Tramp Suriyada İŞİD terrorçularının məölub edildiyini və ABŞ hərbçilərinin evə qayıdacağını bildirmişdi.

Daha sonra Pentaqon rəsmisi ABŞ-ın Suriyadan öz hərbçilərinin çıxarılması prosesinə başladığını bildirmişdi: "Koalisiya İŞİD terror qruplaşmasının nəzarət etdiyi bütün əraziləri azad edib, lakin İŞİD-ə qarşı kampaniya yekunlaşmayıb. Biz kampaniyamızın növbəti fazasına keçməklə əlaqədar öz hərbçilərimizin Suriyadan çıxarılması prosesinə başlamışıq".скачать dle 10.6фильмы бесплатно
24-12-2018, 04:45
Baxıs: 35 661
Reyting: