Kaliforniyada leysan yağışı meşə yanğınlarına qarşı tədbirləri asanlaşdırır

ABŞ-ın Kaliforniyanın şimalında yağan leysan yağışı bölgəni neçə həftədir cənginə alan meşə yanğınlarına qarşı tədbirləri bir qədər asanlaşdırır.

“Leqal.info” BBC-yə istinadən xəbər verir ki, ötən gün son altı ayın ilk yağışından sonra alovun sönməsindən yaranan tüstü nəticəsində San-Fransiskoda və bəzi başqa yerlərdə məktəblər müvəqqəti bağlanıb. Yanğından Mühafizə Xidməti yağış sayəsində alovun yayılmasının əngəllənəcəyinə ümidvarlıq yarandığını bildirib. Bununla yanaşı, daşqın və sel ehtimalı xilasetmə işlərini çətinləşdirə bilər. Yaxın günlərdə 10-15 santimetr həcmində yağıntı gözlənilir, bəzi yaşayış məntəqələrində əhali daşqın xəbərdarlığı alıb.

Xatırladaq ki, Kaliforniyada meşə yanğınları nəticəsində 80-dən çox insan ölüb, 10 mindən çox ev və tikili yanıb.скачать dle 10.6фильмы бесплатно
22-11-2018, 15:00
Baxıs: 66 918
Reyting: