ABŞ da jurnalistin axtarışına qoşuldu

Prezident Donald Tramp jurnalist Camal Kaşıkçının yoxa çıxması ilə əlaqədar növbəti açıqlama verib.

Leqal.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tramp ABŞ-dan olan müstəntiqlərin də olaya daxil olduğunu, məsələ ilə yaxından maraqlandıqlarını deyib:

“Belə bir hadisənin bir jurnalistin və ya hər hansı bir insanın başına gəlməsinə izn verə bilmərik. Sonuna qədər gedəcəyik. Kimin etdiyini tapacağıq. ABŞ olmadan Səudiyyə Ərəbistanı ola bilməz, onları qorumaq üçün milyardlar xərclədik. Bu işi həll edəcəyik”.

ABŞ lideri olayın araşdırılması üçün Trükiyə və Səudiyyə hökuməti ilə birgə çalışdığını vurğulayıb.скачать dle 10.6фильмы бесплатно
11-10-2018, 17:47
Baxıs: 88 780
Reyting: