BMT-NİN BAŞ KATİBİ AZƏRBAYCAN VƏ ERMƏNİSTAN XİN BAŞÇILARININ GÖRÜŞÜNÜ ALQIŞLAYIB

O, BMT-nin həmsədrlərin mühüm vasitəçilik səylərini tam dəstəklədiyini bəyan edib

BMT-nin baş katibi Antoniu Quttereş sentyabrın 26-da BMT-nin Baş Assambleyası çərçivəsində ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışlayıb.

"Report"un məlumatına görə, bu barədə baş katibin rəsmi nümayəndəsinin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, baş katib həmsədrlərin təmas xətti boyunca insidentlər və son bəyanatlarla bağlı narahatlığını bölüşür.

O, bir daha BMT-nin həmsədrlərin mühüm vasitəçilik səylərini tam dəstəklədiyini bəyan edib, tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün etimadın möhkəmləndirilməsinə və lazımi siyasi iradənin gücləndirilməsinə çağırıb.скачать dle 10.6фильмы бесплатно
30-09-2018, 00:31
Baxıs: 33 515
Reyting: