TÜRKİYƏ ORDUSU İRAQIN ŞİMALINDA PKK-NIN 8 TERRORÇUSUNU ZƏRƏRSİZLƏŞDİRİB

Türkiyənin Hərbi Hava Qüvvələri PKK-nın İraqın şimalındakı obyektlərinə növbəti zərbələr endirib.

Leqal.info "Report"a istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, əməliyyatlar sentyabrın 28-də və 29-da keçirilib. Zərbələr nəticəsində 8 terrorçu zərərsizləşdirilib. Məlumata görə, Metin rayonunda 3, Avaşin-Basyanda 5 terrorçu məhv edilib.скачать dle 10.6фильмы бесплатно
29-09-2018, 21:53
Baxıs: 32 581
Reyting: