İndoneziyada zəlzələdə ölənlərin sayı 400 nəfəri ötdü

İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində həlak olanların sayı 405 nəfərə çatıb.

Leqal.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ölənlərlə bağlı məlumat hələlik yalnız Palu şəhərinə aiddir.

Zəlzələnin episentrinin yerləşdiyi və 300 min nəfərin yaşadığı Dunqala rayonundakı fəsadlar barədə son məlumatlar açıqlanmayıb.

Xatırladaq ki, dünən səhər saatlarında Sulavesi adası sahillərində, Palu şəhəri yaxınlığında dağıdıcı zəlzələ baş verib. Bundan bir qədər sonra Dunqala rayonunda 7,4 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Zəlzələ okeanda 3 metr hündürlükdə dalğaların yaranmasına səbəb olub. Dəniz sahilində yerləşən iki şəhər və bir neçə kənd sunaminin zərbəsinə tuş gəlib.скачать dle 10.6фильмы бесплатно
29-09-2018, 21:39
Baxıs: 32 735
Reyting: