MAKRON TRAMPI İRAN NEFTİNİN İXRACINI MƏHDUDLAŞDIRMAMAĞA ÇAĞIRIB
ABŞ prezidenti Donald Tramp anlamalıdır ki, İranı neft ixracından məhrum etmək, yanacaq xammalının qiymətinə mənfi təsir göstərir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Fransa prezidenti Emmanüel Makron Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışından sonra keçirdiyi mətbuat konfransında deyib. "Trampın neftin qiymətlərinin artması ilə bağlı fikirləri məni maraqlandırdı. Düşünürəm ki, o, düşüncəsini sonadək inkişaf etdirsə, görəcək ki, neftin qiymətinin [düşməsi] üçün İranın onu sata bilməsi yaxşı olardı", - deyə Makron bildirib. "Bu həm dünya, həm də neft qiymətləri üçün yaxşı olardı", - deyə o əlavə edib. Bununla yanaşı Fransa prezidenti qeyd edib ki, "neftin qiyməti məsələsində həmişə siyasət mövcud olub". "Lakin yaxşı olardı ki, iqtisadiyyat üstünlük təşkil etsin", - deyə Makron söyləyib. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57