İran İraqla Sərhəddə İki Nəzarət-Buraxılış Məntəqəsini BAĞLAYIB

İran sentyabrın 22-də parada edilən terror hücumundan sonra İraqla sərhəddə iki nəzarət-buraxılış məntəqəsini müvəqqəti olaraq bağlayıb.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunlar İraqın Bəsrə şəhərindəki “Şəlamçə” və Maysan şəhərindəki “Əş-Şib” məntəqələridir.

Bildirilib ki, nəzarət-buraxılşı məntəqələri vətəndaşların keçməsi və yük daşımalar üçün müvəqqəti olaraq bağlı qalacaq.

Xatırladaq ki, İranın Xuzistan əyalətinin Əhvaz şəhərində əsgər paltarı geymiş bir neçə nəfərin parada hücumu nəticəsində 24 nəfər ölüb, 53 nəfər yaralanıb. İki terrorçunun zərərsizləşdirildiyi, ikisinin isə hadisə yerindən qaçdığı bildirilib.скачать dle 10.6фильмы бесплатно
22-09-2018, 17:08
Baxıs: 29 352
Reyting: