İsveçdə kəskin bağırsaq infeksiyası qeydə alınıb

İsveçdə 50-yə yaxın şəxs kəskin bağırsaq infeksiyasına yoluxub.

Trend-in məlumatına görə, ən çox yoluxma halı paytaxt Stokholm yaxınlığındakı Upsala şəhərində və qərbi İsveçdə qeydə alınıb.

Yoluxanlar arasında həm böyüklərin, həm də uşaqların olduğu deyilir.

İlkin ehtimallara əsasən, yoluxma sakinlərin yerli su hövzələrinin birində çimməsi nəticəsində baş verib.

Həkimlər daha 50 nəfərin bu xəstəliyə yoluxa bilmə ehtimalı ilə nəzarətə götürüldüyünü bildirib.скачать dle 10.6фильмы бесплатно
16-08-2018, 20:21
Baxıs: 61 966
Reyting: