Xaricdə iş elanları nə qədər etibarlıdır?

Bəzi elan saytlarında xarici ölkələrdə yüksək əməkhaqqı ilə iş təklifləri yer alır. Ekspertlər bildirir ki, gedib həmin ölkələrdə problem yaşamamaq və insan alverinin qurbanına çevrilməmək üçün bu elanları ciddi araşdırmaq lazımdır. Əks halda pul qazanmaq üçün seçilən bu yol ciddi problemlərə səbəb ola bilər.

Xarici ölkədə maaş yüksək, görüləcək iş isə azdır. Həm də sizdən bu işdə çalışmaq üçün ixtisasa aid heç nə tələb olunmur.

Bu cür iş elanları sosial şəbəkələrdə, eləcə də müxtəlif elan saytlarında tez-tez yayılmaqdadır. Ekspert Sahib Məmmədov bildirir ki, vətəndaşlar bu elanlara diqqətlə yanaşmalı və dərindən araşdırmalıdır.

Bəzən bu elanlar vətəndaşların insan alverinin qurbanına çevrilməsinə də səbəb ola bilər.Ona görə ekspert xarici ölkəyə işləməyə gedərkən pasportu heç kəsə verməməyi tövsiyyə edir. Əks halda bu sənəd olmadan vətəndaşlar insan alverçilərinin əlində qula çevrilə bilərlər.

Onu da qeyd edək ki, təkcə Şərq ölkələrində deyil,hətta Avropa ölkələrində dəbu işlə məşğul olan cinayətkar qruplar mövcutdur. Buna görə ekspertlər Avropa ölkəsi adına aldanıb heç bir araşdırma aparmadan işləmək üçün getməyi doğru seçim hesab etmirlər. © xezerxeber.azскачать dle 10.6фильмы бесплатно
28-05-2018, 21:02
Baxıs: 81 564
Reyting: