Ermənistan müxalifəti İrəvanın mərkəzində mitinq keçirib

“Erməni xalqı naminə” hərəkatı İrəvanın mərkəzindəki Azadlıq meydanında mitinq keçirib.

APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, aksiya Serj Sarkisyanın baş nazir vəzifəsinə gözlənilən təyinatı əleyhinə təşkil edilib.

Hərəkat “Erməni dirçəlişi” diaspor təşkilatı ilə birlikdə Strasburq, London, Los-Anceles, Paris və İrəvanda rejimin əbədiləşdirilməsinə qarşı, siyasi məhbusların azad olunması tələbi ilə etiraz aksiyaları keçirir.

Mitinqdə sabiq parlament spikeri Karapet Rubinyan, hüquq müdafiəçiləri və digər ziyalılar çıxış edib.

Növbəti mitinq və yürüş martın 16-na planlaşdırılıb.скачать dle 10.6фильмы бесплатно
10-03-2018, 20:29
Baxıs: 46 968
Reyting: