İlham Əliyev Donald Trampa məktub göndərib

Prezident İlham Əliyev ABŞ prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab Prezident!

Florida ştatının Parklend şəhərində məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Qeyd edək ki, hadisə nəticəsində 17 nəfər həlak olub, 16 nəfər yaralanıb.скачать dle 10.6фильмы бесплатно
15-02-2018, 13:54
Baxıs: 22 395
Reyting: