“Türkiyə Suriyaya icazəsiz girib"

İran prezidenti Həsən Ruhani bu gün yerli və xarici media üçün mətbuat konfransı keçirib.

APA-nın Tehran bürosunun xəbərinə görə, H. Ruhani əvvəlcə ölkə daxilindəki etirazlardan danışıb və bildirib ki, etirazlar təkcə iqtisadi problemlərə görə deyil və xalqın ictimai-siyasi məsələlərlə bağlı da sözü var: “Bizim hökumət xalqın etiraz səsini eşidib. Bu, yaxşı haldır”.

İran prezidenti Suriya problemi və Türkiyənin bu ölkədə keçirdiyi hərbi əməliyyata toxunaraq Ankara ilə çox yaxşı münasibətlərə malik olduqlarını deyib: “Lakin bir ordunun digər ölkənin ərazinə girməsi həmin ölkə xalqının və hökumətinin icazəsi ilə olmalıdır. Biz bunu yaxşı qiymətləndirmirik. Ümid edirik ki, əməliyyatlar tez bir zamanda başa çatacaq və insan tələfatının sayı artmayacaq. Biz başqa ölkənin ərazinə icazəsiz girişi heç cür qəbul etmirik, lakin Türkiyə ilə münasibətlərimiz yaxşıdır.”

H. Ruhani ABŞ prezidenti Donald Trampın hədələrinə münasibətini açıqlayaraq 1 il keçməsinə baxmayaraq, D. Trampın hələ də İran və “altılıq” ölkələri arasında imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planını aradan qaldıra bilməməsindən sevindiyini vurğulayıb: “Biz Birgə Fəaliyyət Planının pozan ilk tərəf olmayacağıq. Bu sazişə heç vaxt hər hansı əlavə olmayacaq. Plan yedditərəfli beynəlxalq razılaşmadır və BMT Təhlükəsizlik Şurasında təsdiqlənib. Bu müqavilə ABŞ Demokratlar Partiyasının öhdəliyi deyil, ABŞ hökumətinin öhdəliyidir”.

H. Ruhani İran və Avropa İttifaqı arasındakı əlaqələrdən danışaraq qeyd edib ki, əlaqələr yaxşı səviyyədədir: “Bizim bu gün Rusiya və Çinlə əlaqələrimiz də yaxşıdır. Biz ABŞ-ın təzyiqinə görə problemlə üzləşməyəcəyik. Onların təzyiqləri davam edir, lakin bizim çıxış yollarımız daha çoxdur”.

İran prezidenti İsrailin siyasətinə də münasibətini bildirib: “İsrail yaranmış vəziyyətdən Fələstin xalqı, Qüds, Beytül-Müqəddəs və İran əleyhinə yeni imkan kimi istifadə etmək niyyətindədirlər. Region ölkələri ayıq olmalıdır və buna imkan verməməlidir. Bölgədə kimsə düşünürsə ki, İsrail İranın düşməni və digər ölkələrin dostudur, tamamilə səhv edir. İsrail bölgənin əsas düşmənidir və müsəlmanların əsas düşməni məhz sionistlərdir”.скачать dle 10.6фильмы бесплатно
6-02-2018, 18:55
Baxıs: 19 375
Reyting: