Dağıstan hökuməti istefaya göndərilib

Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev hökuməti istefaya göndərib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, digər sərəncamla V.Vasilyev region hökuməti başçısının müavini Anatoliy Karibovu yeni hökumət formalaşanadək müvəqqəti olaraq baş nazir vəzifəsinə təyin edib.

Qeyd edək ki, bu gün Dağıstanda korrupsiya ittihamı ilə hökumət sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Abdusəməd Həmidov, onun müavinləri Şamil İsayev və Rayudin Yusufov, Dağıstanın sabiq Təhsil naziri Şahabbas Şaxov və digər vəzifəli şəxslər saxlanılıb. Onlara qarşı büdcədən ayrılan vəsaitlərin mənimsənilməsi ilə bağlı cinayət işi açılıb. Yanvarın 21-də isə Mahaçqala meri Musa Musayev səlahiyyətlərindən sui-istifadə etməklə dövlətə 80 milyon rubl ziyan vurulması ittihamı ilə həbs edilib.скачать dle 10.6фильмы бесплатно
5-02-2018, 23:25
Baxıs: 24 703
Reyting: