Jirinovski Kseniya Sobçakın cəzalandırılmasını tələb edib

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski tanınmış teleaparıcı, Rusiya prezidentliyinə namizədliyini açıqlayan Kseniya Sobçakın Krımla bağlı səsləndirdiyi fikirlərə görə cəzalandırılmasını tələb edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya liberal demokratlarının lideri hesab edir ki, Kseniya Sobçakın Krımla bağlı səsləndirdiyi fikirlər ucbatından prezident seçkilərində səsvermədə iştirak edənlərin sayı azala bilər: "Necə ola bilər ki, Rusiyada praktik olaraq yarı-rəsmi səviyyədə prezident seçkilərində iştirak arzusunda olan bri qadın peyda olur və bəyanat verir ki, Krım Ukraynanındır. Bu, cinayətdir. Biz ki, Cİnayət Məcəlləsinə maddə daxil etmişik. Baş prokuror, İstintaq Komitəsi cinayət işi açmalı və məhkəməyə göndərməli, Sobçak 5 il müddətinə həbs olunmalıdır".

Jirinovski Sobçakın prezident seçkiləri kampaniyasına vaxtından əvvəl başladığını da bildirib. O, bu məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edəcəklərini söyləyib: "Prezident seçkiləri rəsmi elan olunmayıb. Sobçakın prezident seçkiləri kampaniyasına start verməyə haqqı yoxdur. Dekabrın ortalarında rəsmi olaraq elan olunacaq. Ancaq bundan sonra lazımı qədər imza toplayıb, seçki kampaniyasına başlamaq olar".

Qeyd edək ki, Kseniya Sobçak keçirdiyi mətbuat konfransında Krımı beynəlxalq hüquq-nöqteyi-nəzərindən Ukrayna ərazisi hesab etdiyi söyləyib.

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
25-10-2017, 13:02
Baxıs: 475
Reyting: