Qırğızıstanın yeni prezidenti bəlli oldu

Qırğızıstanda keçirilən prezident seçkilərində iqtidaryönlü Sosial Demokrat Partiyasından namizəd Sooronbay Jeenbekov qalib gəlir.

Leqal.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən "İnterfax" məlumat yayıb.

MSK-nın məlumtına görə, seçki məntəqələrində səslərin 97 faizinin hesablanmasından sonra Jeenbekov 54,23% səslə qalib gəlir. Onun müxalifətdən olan əsas rəqibi Omurbek Babanov səslərin 33,47%-ni toplayıb. Seçicilərin seçkilərdə iştirakı 55,93% təşkil edib. İlkin məlumata görə, Qırğızıstanda seçkilərin ikinci turu olmayacaq.

Ölkə üzrə prezident postuna 11 nəfər namizədliyini irəli sürüb. Səsvermənin nəticələrinə təsir göstərə biləcək ciddi qanun pozuntusu qeydə alınmayıb.скачать dle 10.6фильмы бесплатно
15-10-2017, 23:21
Baxıs: 442
Reyting: