Ukraynadakı yanğın zamanı ölən azərbaycanlıların adları məlum olub
Ukraynada Zaporojye şəhərindəki hostellərdən birində baş vermiş yanğın zamanı ölən azərbaycanlıların adları məlum olub.
Leqal.info-nun APA-ya istinadən məlumatına görə, bunlar Ukrayna vətəndaşı, əslən Saatlı rayonunun Minbaşılı kənd sakini, 1962-ci il təvəllüdlü Zeynalov İlham Nuru oğlu, Azərbaycan vətəndaşı, Cəlilabad şəhər sakini, 1955-ci il təvəllüdlü Yelçiyev Balamirzə Ağamirzə oğlu, Azərbaycan vətəndaşı, Ağdaş şəhər sakini, 1968-ci il təvəllüdlü Əliyev Yaşar Məzahir oğlu və Azərbaycan vətəndaşı, Sabirabad rayonunun Türkadi kənd sakini, 1978-ci il təvəllüdlü Abuşov İntiqam Yaşar oğludur. Xatırladaq ki, iki gün əvvəl Ukraynanın Zaporojye şəhərindəki hostellərdən birində baş verən yanğında 4 azərbaycanlı ölüb. Hosteldə baş verən yanğın zamanı 4 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb. Ölən digər şəxs hostelin mühafizəçisi olub. Aralarında 2009-cu il təvəllüdlü uşağın olduğu 4 nəfər isə xilas edilib. Hosteldə əsasən topdansatış tərəvəz bazarının satıcılarının qaldığı bildirilir. Ölən 4 azərbaycanlının meyiti sabah vətənə yola salınacaq. Bu barədə APA-ya Zaporojye azərbaycanlıları cəmiyyətinin sədri Həbib Həsənli bildirib. Azərbaycan diasporunun köməyi ilə ölən azərbaycanlılarla bağlı bütün sənədlər hazırlanıb və onların vətənə göndərilməsi üçün bütün tədarük görülüb. |
XƏBƏR LENTİ
17-04-2024, 09:27
17-04-2024, 09:27
17-04-2024, 09:27
17-04-2024, 09:27
17-04-2024, 09:27
12-04-2024, 08:27
12-04-2024, 08:27
12-04-2024, 08:27
9-04-2024, 07:06