Netanyahunun ofisindən məlumat sızması səbəbilə bir neçə nəfər saxlanıldı

İsrail kəşfiyyat orqanları baş nazir Benyamin Netanyahunun ofisindən məxfi kəşfiyyat məlumatlarının sızması ilə bağlı bir neçə şübhəlini saxlayıb.



Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.



Nəşrin məlumatına görə birgə əməliyyatı polis, ordu və İsrail Baş Təhlükəsizlik Xidməti həyata keçirir.



Şübhəlilər saxlanılaraq istintaqa aparılıb. Səlahiyyətlilər hesab edirlər ki, sızıntı İsrailin hərbi məqsədlərinə çatmasına mane ola bilərdi.



“Axios” portalı İsrail rəsmilərinə istinadən bildirib ki, bir neçə şübhəli şəxsdən biri Netanyahunun köməkçisidir.



Qeyd olunur ki, İsrail baş nazirinin özü də əvvəllə onun ofisindən heç kimin dindirilmədiyini və saxlanılmadığını açıqlamışdı.



APAскачать dle 10.6фильмы бесплатно
5-11-2024, 17:54
Baxıs: 546
Reyting: