Ölüm saçan su qızdırıcıları - Nələrə əməl etmək lazımdır? - AÇIQLAMA/FOTO

"Evdə qaz təchizatı varsa, bu, artıq təhlükənin olması deməkdir. Qaz təchizatı olan evdə mütləq təhlükəsizlik tədbirləri görülməlidir".

Bu sözləri BAKU.WS-ə Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib.

Onun sözlərinə görə, “Pitiminutka”, “İran peçi” və digər qaz sobalarının hər birinin təhlükəsiz qaydaları var:

"Birinci qızıl qayda budur ki, bu sobalar hansı otaqda yerləşdirilibsə, orada havalandırma olmalıdır. Bundan əlavə adlarını çəkdiyimiz sobalar üçün mütləq nəfəslik və ventilyasiya da olmalıdır. Ventilyasiya, havalandırma və nəfəslik olmayan yerlərdə bu tip sobaların yerləşdirilməsi yolverilməzdir.



Bəzi vətəndaşlar evlərə pəncərəsi olmayan otağa İran sobaları quraşdırırlar. Bu, olduqqca təhlükəli haldır. Ümumiyyətlə ehtiyac olmadığı təqdirdə bu tip qızdırıcılara üstünlük verilməməlidir. Bu baxımdan ən əlverişli qızdırıcı mərkəzi istilik və kombilərdir. Bu qızdırıcılar çöldə quraşdırılır, evin isti su və istiliyə olan tələbatı təhlükəsiz şəkildə təmin olunur. Kombi quraşdırılan evlərdə adətən dəm qazından zəhərlənmə halı olmur. Bu onunla əlaqədardır ki, evdə qaz təchizatı olmur.

Digər tərəfdən su qızdırıcılar mətbəxtdə quraşdırılsa da mütləq pəncərəsi olmalıdır: "Evdə otaqların quruluşu dəyişdiyi halda pəncərə, nəfəslik və şaxtaya diqqət yetirilməlidir. Bunların olmaması təhlükəli vəziyyətdən xəbər verir. Təhlükəni minimumlaşdırmaq üçün dəm qazı detektoru da olmalıdır. Həm dəm qazı, həm də qaz sızması əleyhinə detektor olmalıdır ki, qazın klapanı bağlansın".



Ekspert əlavə edib ki, normalara cavab verən qaz cihazlarından istifadə etmək lazımdır: "Belə cihazlar alarkən ucuz olana deyil, təhlükəsiz olana üstünlük vermək gərəkdir. Kustar üsulla hazırlanan cihazlardan istifadə sonda bir çox faciələrə gətirib çıxarır. Bir otaqdan digərinə rezin borularla qaz çəkib cihazlar istifadə etmək qətiyyən olmaz.

Hamam otağına su qızdırıcısı quraşdırılması üçün onun həcmi ən azı 6-7 kvadratmetr olmalıdır. Hündürlük isə ən azı 2 metrdən yuxarı olmalıdır. Əgər hamam otağında “pitiminutka” quraşdırılıbsa, yerdən ən azı bir metr hündürlükdə olmalıdır. Əgər bu hündürlük olarsa, onda onun tüstü bacası normal çölə çıxa biləcək. Tüstü bacası saz və dəmirdən olmaldıır. Bacanın deşik və çat olması qətiyyən yolverilməzdir. Hamamda mütləq nəfəslik, ventilyasiya işlək vəziyyətdə olmalıdır. Bəzən vətəndaşlar hamamdakı nəfəsliyi soyuq olmasın deyə bağlayırlar. Xüsusən də buna həyət evlərində rast gəlinir.


Digər nüans qaz cihazı olan hamamların qapısında dəliklərin olmasıdır. Bu da təhlükə riskini xeyli azaltmış olur. Əgər hamam otağının içinə hava keçmirsə, deməli yanma prosesi pozulacaq. Hamam otağına da detektor qoyulması mümkündür. Qiyməti 10-30 manat arasında dəyişən bu detektorlar dəm qazı yarandığı təqdirdə xəbər verir. Dəm qazının iyi, dadı və rəngi olmadığı üçün onu başqa cür müəyyən etmək olmur.
Qaz sobalarının bacası yerləşdiyi hissədən 60 santimetr üfüqi formada çölə çıxmalıdır. Ona da diqqət etmək lazımdır ki, külək tutan istiqamətdə olmasın. Külək tutan istiqamətdə olarsa, tüstü bəzən geri qayıdır və bu da təhlükəli vəziyyət yaradır".

Orxan Hüseynскачать dle 10.6фильмы бесплатно
8-02-2024, 09:54
Baxıs: 760
Reyting: