Rusiya bu ölkələr üçün turist vizalarını LƏĞV EDİR

Rusiya Oman, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı və Malayziya üçün turist vizalarının tamamilə ləğvini təklif edib.

Bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov deyib.

Onun sözlərinə görə, avqustun 1-dən Rusiyada elektron viza işə başlayıb. Və ona görə, artıq son bir ayda ölkəyə 30 min əcnəbi gəlib.

“Biz vizasız səyahətə keçid mövzusunu inkişaf etdiririk. Küveyt, Oman, Bəhreyn, Səudiyyə Ərəbistanı, Malayziyaya vizaların tamamilə ləğvini təklif etmişik”, – deyə nazir bildirib.

Reşetnikov əlavə edib ki, əcnəbilərin ödəniş etməsinə imkan verəcək “Turist Kartı” üçüncü və ya dördüncü rübün əvvəlində istifadəyə veriləcək.скачать dle 10.6фильмы бесплатно
11-09-2023, 09:32
Baxıs: 192
Reyting: