Venesiyaya giriş ödənişli olacaq - QİYMƏT

Venesiya gələn il turist axınını tənzimləmək üçün 5 avroluq giriş haqqı tətbiq etməyi planlaşdırır.

Bu barədə şəhər şurası məlumat yayıb.

Ödəniş gələn il 30 gün müddətinə, əsasən turist sayının pik həddə olduğu yay tətilləri zamanı tətbiq ediləcək.

Qeyd olunub ki, 14 yaşdan yuxarı bütün ziyarətçilərdən ödəniş alınacaq.

Venesiya Turizm Şurasının üzvü Simone Venturini bildirib ki, bu, gəlir gətirən tədbir deyil, çünki ödəniş yalnız sxemin idarə olunması xərclərini ödəyəcək.

Planın dəqiq vaxtı və necə həyata keçiriləcəyi gələn həftə şuranın yekun iclasından sonra müəyyən ediləcək.

Məlumata görə, ilk dəfə 2019-cu ildə təklif edilən plan, əvvəlcə turistlərin ziyarətinə mane olan COVID-19, daha sonra texniki və prosedur səbəblərə görə təxirə salınıb.скачать dle 10.6фильмы бесплатно
20-02-2024, 09:18
Baxıs: 2 296
Reyting: