Maraqlı oğurluq hadisəsi: Ev sahibinə məktub yazdılar

İtaliyada maraqlı oğurluq hadisəsi baş verib.

Qeyd olunub ki, hadisə Pordenone əyalətində baş verib.

Belə ki, evə girən oğrular orada dəyərli heç nə tapmayıblar. Mənzildən yalnız kofe aparatını götürən oğrular ev sahibinə məktub qoyublar.

“Bağışlayın, pulumuz bitdi, amma yemək yeməliyik. Görürəm ki, sizdə də heç nə yoxdur”,- deyə kağızda yazılıb.

Mənzil sahibi hüquq-mühafizə orqanlarına müraciət edib.

Hadisəni törədənlər evdə heç bir dəlil qoymayıblar.

Hazırda onların axtarışı davam edir.
скачать dle 10.6фильмы бесплатно
29-08-2023, 10:43
Baxıs: 123
Reyting: