Almaniya vətəndaşlıq alma qaydalarını SADƏLƏŞDİRİR

Almaniya hökuməti vətəndaşlığın alınması prosesinin sadələşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Parlament sənədi payızda müzakirə edəcək.

Qeyd olunub ki, qanun 2024-cü ilin birinci yarısında qüvvəyə minməlidir.

Məlumata görə, qanun layihəsi qəbul edildikdən sonra əcnəbilər ölkədə beş il, bəzi hallarda isə üç il yaşadıqdan sonra Almaniya vətəndaşlığı üçün müraciət edə biləcəklər.

Eyni zamanda, qanun ikili vətəndaşlığa da icazə verəcək.

Bildirilib ki, Almaniya sakinlərinin təxminən 12 milyonu və ya 14%-nin yerli vətəndaşlığı yoxdur. Almaniyada naturalizasiya nisbəti Avropa İttifaqının orta göstəricisi olan 2%-ə qarşı 1,1% təşkil edir.

Qeyd edək ki, indi Almaniya vətəndaşlığını almaq üçün ölkədə səkkiz il yaşamaq lazımdır. Bəzi hallarda pasport ölkədə altı il yaşadıqdan sonra əldə edilə bilər. Müraciət edənlər əvvəlki vətəndaşlıqdan da imtina etməlidirlər. Bu, yalnız etnik almanlara və İsrail vətəndaşlarına aid deyil.скачать dle 10.6фильмы бесплатно
24-08-2023, 09:36
Baxıs: 137
Reyting: