Yaxın gələcəkdə 300 milyon insan işini İTİRƏ BİLƏR

Yaxın gələcəkdə 300 milyon insan işini İTİRƏ BİLƏR

Süni intellektin inkişafı nəticəsində ilk növbədə inzibati işçilər və hüquqşünaslar iş yerlərini itirmək riski ilə üzləşirlər.

Bu barədə “Goldman Sachs” investisiya bankının araşdırmasında deyilir.

Bildirilib ki, süni intellekt inzibati sektorda tapşırıqların 46%-ə qədərini, hüquq elmində isə 44%-ə qədərini yerinə yetirə biləcək.

Bununla belə, tikinti sənayesində və texniki xidmətdə işi yalnız 6-4% avtomatlaşdırmaq mümkün olacaq.

“Goldman Sachs” yaxın gələcəkdə süni intellekt xidmətləri ilə bağlı əlavə iş yerlərinin yaranacağını bildirib.

Nəşrin yazdığına görə, analitiklər qlobal ÜDM-in 10 il ərzində 7% artacağını göstərən istehsal bumunu gözləyirlər.

İnvestisiya bankı qeyd edib ki, hazırda mövcud olan peşələrin 60%-i 1940-cı ildə yox idi. 1980-ci illərdən bəri baş verən texnoloji dəyişikliklər iş dövriyyəsini artırdı.
скачать dle 10.6фильмы бесплатно
29-03-2023, 10:07
Baxıs: 244
Reyting: