Rəcəb Tayyib Ərdoğan Teymur Musayevi təltif etdi - FOTO

Rəcəb  Tayyib  Ərdoğan Teymur Musayevi  təltif etdi - FOTO

Türk Dövlətləri Təşkilatının üzv ölkələrin səhiyyə nazirlərinə VIII Türkiyə Tibb Dünyası Konqresi və “Tibb tarixinə və ümumi irsə hörmət” mükafatı təqdim olunub.

  Bununla   bağlı   Səhiyyə Nazirliyi məlumat yayıb.

İstanbulda keçirilən Türk Tibb Dünyası Konqresi davam edir. Beynəlxalq tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatının üzv ölkələrin səhiyyə nazirlərinə VIII Türkiyə Tibb Dünyası Konqresi və “Tibb tarixinə və ümumi irsə hörmət” mükafatının təltifetmə mərasimi baş tutub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev vurğulayıb ki, son illərdə əldə edilən uğurlarımız sayəsində türk dünyası çərçivəsində birgə addımlar atılıb, türk birliyinin əsası qoyulub. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı siyasət, iqtisadiyyat, mədəniyyət, ticarət, gömrük kimi digər sahələri də əhatə edən bir beynəlxalq təşkilatdır.скачать dle 10.6фильмы бесплатно
31-10-2022, 16:05
Baxıs: 534
Reyting: