İbrahim Rəisi Paşinyan və Xaçaturyanla telefonla danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyanla İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

Leqal.info xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Tərəflər söhbət zamanı əsas olaraq regional kommunikasiyaların açılmasını, Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyasının başlamasını, eləcə də sözügedən hər iki ölkə arasında münasibətlərin normallaşması perspektivlərini müzakirə ediblər.

Bununla yanaşı, N.Paşinyan İran Prezidentinə mayın 22-si Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında baş tutan üçtərəfli görüşlə bağlı təəssüratlarını çatdırıb.

Paşinyan və Rəisi bir-birilərini rəsmi səfərə dəvət ediblər.

***

İbrahim Rəisi, həmçinin Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla telefonla danışıb.

Söhbət zamanı Xaçaturyan Bakı və İrəvan arasında aparılan danışıqlar barədə iranlı həmkarını məlumatlandırıb.

Bununla yanaşı, Ermənistan Prezidenti “altılıq platforması”nın növbəti iclasının Tehranda keçirilməsini təklif edib.

İ.Rəisi isə Ermənistan və Azərbaycan arasındakı sülhlə bağlı danışıqları məmnuniyyətlə qarşıladığını qeyd edib.скачать dle 10.6фильмы бесплатно
2-06-2022, 15:52
Baxıs: 36 433
Reyting: