Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb

Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb.

Leqal.info-nun xəbərinə görə, nazirlikdən Rusiya qoşunlarının bütün istiqamətlərdə uğursuzluğa düçar olduğu bildirilib.

Qeyd olunub ki, Rusiya qüvvələri gecə saatlarında iri şəhərlərin yaşayış məntəqələrini atəşə tutmaq taktikasına əl atıb.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri müəyyən sərhədləri əzmlə müdafiə edib və müxtəlif istiqamətlərdə rus qüvvələrinə qarşı əks-hücum etməyə, həmçinin işğalçı qüvvələrin əngəllənməsini davam etdirib.

Müdafiə Nazirliyinin informasiyasına əsasən, Volin istiqamətində dövlət sərhədi boyu Rusiyanın güc nümayişi davam edir. Polesye istiqamətində Rusiya ordusu Kozaroviçi, Vışqorod, Fastiv, Obuxiv yaşayış məntəqələrinin ərazisində irəliləməyə cəhd göstərir. Borodyanka, Katyujanka və Qavronşina ərazilərində sahə logistika düşərgələrinin salınması qeydə alınıb.

Nazirlikdən vurğulanıb ki, Rusiya qoşunları Çernigiv, Nijın, Sumı, Lebedin və Axtırkada da Ukrayna Silahlı Qüvvələri ilə toqquşmadan çəkinərək Kiyevi şimal ətrafına girməyə çalışır.

Məlumata görə, Rusiya ordusunun hərbi hissələri və tağımları Barışevka, Nova Basan və Lyubeç yaşayış məntəqləri istiqamətində cəmləşib. Faktiki olaraq döyüş qabiliyyətini itirmiş Rusiya Federasiyası Silahlı Qüvvələrinin Şimal Donanmasının 200-cü, Şimal Donanmasının 14-cü hərbi birləşmələrinin bir hissəsi yenidən qruplaşdırılaraq Brovarı və Kiyev istiqamətində hücuma keçməyə çalışır.

Bildirilib ki, Rusiya qoşunları Slobozhansk istiqamətində Zoloçiv, Xarkov və Balakleya ərazilərinə hücum əməliyyatı keçirir, Lozova istiqamətində hücumu davam etdirməyə çalışır. Qarşı tərəf itirilmiş texnika və şəxsi heyətinin yerinin doldurulmasına ciddi ehtiyac duyur.

Donetsk istiqamətində işğalçılar artilleriya qüvvələrinin dəstəyi ilə Novı Aydar, Volnovaxa və Mariupol yaşayış məntəqələri ərazilərində hücum əməliyyatlarını davam etdirir. Düşmən Mariupolu ələ keçirmək, Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədinə çatmaq kimi əsas məqsədinə nail ola bilməyib.

Məlumata görə, Rusiya qoşunları Tavriya istiqamətində hücum əməliyyatı keçirmək cəhdlərindən əl çəkmir. Ehtiyat-əməliyyat hissəsini yenidən qruplaşdırdıqdan sonra onlar əsas səyləri Nikolayev - Voznesensk istiqamətində cəmləşdirib.

Qara dəniz əməliyyat bölgəsində Qara Dəniz Donanmasının qrupları mülki gəmiləri atəşə tutmağa və ukraynalı dənizçiləri əsir götürməyə davam edir.

Nazirlikdən bildirilib ki, Rusiya ilk dəfə olaraq öz əsgərlərinin kütləvi ölümlərini və yaralandığını etiraf edib: “Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin axşam (martın 2-də) keçirdiyi növbəti brifinqə işğalçı qüvvələrinin Ukraynadakı itkilərini açıqlayıb: 498 ölü, 1597 yaralı”.

Məlumata görə, Rusiya qüvvələrinin bir hissəsi Enerqodar, Vasilevka, Tokmak, Novopetrovka yaşayış məntəqələri ərazilərində fəaliyyətini davam etdirir. Rusiya Silahlı Qüvvələrinin 49-cu ümumqoşun birləşmələrinin 205-ci əlahiddə motoatıcı briqadasının əməliyyat ehtiyatlarının bir hissəsini yenidən qruplaşdıraraq Zaporojya və Mariupolun ətrafına girmək üçün hücumu davam etdirir.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin 10-cu xüsusi briqadasının taktiki hava desant qoşunlarının Balovnoye qəsəbəsi ərazisinə enməsini təmin etmək istəyən kiçik desant dəstəsi məhv edilib.

Qara dəniz hövzəsində Odessa istiqamətində Rusiya Federasiyası Qara Dəniz Donanmasının dörd böyük desant gəmisi raketli üç katerin müşayiəti ilə hərəkətə keçib.скачать dle 10.6фильмы бесплатно
3-03-2022, 11:00
Baxıs: 32 585
Reyting: