Ermənistan Prezidenti Konstitusiya Məhkəməsinə müraciət etdi

Ermənistan Prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi ilə bağlı Baş nazir Nikol Paşinyanın təqdimatına baxılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Leqal.info xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin rəsmi saytında məlumat verilib.

Prezidentə görə, Konstitusiya Məhkəməsi qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində bu məsələni hərtərəfli araşdırmaq və qərar qəbul etmək imkanına malikdir.

“Konstitusiya Məhkəməsinin bu bəyanata dair verdiyi qərarlar və görəcəyi mümkün tədbirlər, əvvəllər qəbul edilmiş qərarlara, mövcud vəziyyətlə əlaqədar hazırki və gələcək proseslərə qanunun təfsiri və tətbiqi kontekstində ciddi şəkildə təsir edə bilər”,- deyə Sarkisyan açıqlamasında bildirib.

Prezident uyğun bir qərarın ən qısa müddətdə qəbul edilməsinin hüquqi müəyyənliyə səbəb olacağına və mövcud böhranın həllinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, bir az əvvəl Nikol Paşinyan bəyanat yayaraq Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın martın 10-dan vəzifəsindən azad edildiyini elan edib.скачать dle 10.6фильмы бесплатно
10-03-2021, 10:30
Baxıs: 37 339
Reyting: