Ermənistan müxalifəti Paşinyanın yerinə namizədini açıqladı

Qarabağda atəşkəslə bağlı üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanın müxalifət partiyaları baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Leqal.info erməni mətbuatına istinadən xəbər verir ki, bu gün 16 siyasi partiya müvəqqəti hökumətdə ölkənin baş naziri postuna Vazgen Manukyanın namizədliyini irəli sürüb.

“Çiçəklənən Ermənistan” partiyası isə Manukyanın namizədliyi ilə razılaşmayaraq öz namizədinin adını açıqlayıb. Partiya digər siyasi strukturların qərarını dəstəkləmədiyini və Edmon Marukyanı baş nazir postunda görmək istədiyini bildirib.

Qeyd edək ki, Vazgen Manukyan 1990-1991-ci illərdə baş nazir, 1992-1993-cü illərdə isə müdafiə naziri olub.скачать dle 10.6фильмы бесплатно
3-12-2020, 21:52
Baxıs: 37 976
Reyting: