Şuşan da istefa verdi

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan vəzifəsindən istefa verib.

Leqal.info xəbər verir ki, o, bu barədə öz feysbuk hesabında məlumat verib.

Qeyd edək ki, S. Stepanyan bu ilin martında Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın əmri ilə mətbuat xidmətinin rəhbəri təyin olunub.

Xatırladaq ki, Qarabağda məğlubiyyətdən sonra Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan 16 noyabrda, fövqəladə hallar naziri Feliks Tsolakyan 17 noyabrda, müdafiə naziri David Tonoyan və əmək naziri Zarui Batoyan isə 20 noyabrda istefa veriblər.скачать dle 10.6фильмы бесплатно
20-11-2020, 20:23
Baxıs: 37 302
Reyting: