“Qarabağda sülhməramlıların sayının artırılması gündəmdə deyil”

“Dağlıq Qarabağda Rusiya sülhməramlılarının sayının artırılması barədə heç bir məsələ gündəmdə yoxdur”.

Leqal.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə açıqlamasında deyib.

“Rusiyalı sülhməramlıların sayı üç liderin müvafiq bəyanatı ilə müəyyən edilir. Biz orada yazılanlardan çıxış edirik. İndi bu məsələ gündəmdə deyil”,- deyə Rudenko qeyd edib.

Xatırladaq ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan ibarət sülhməramlı kontingentin yerləşdirilməsi nəzərdə tutulub.скачать dle 10.6фильмы бесплатно
18-11-2020, 14:37
Baxıs: 36 284
Reyting: