İranda koronavirusdan ölənlərin sayı sürətlə artmağa başladı
İranda koronavirusa yoluxanların sayı yenə artıb.
“Leqal.info” IRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Açıqlamada ölkədə daha 2 449 nəfərdə koronavirusun aşkarlandığı bildirilib. Bununla da İranda yoluxma faktlarının sayı 189 876-ya çatıb. Məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı daha 113 nəfər artaraq 8 950 nəfərə yüksəlib. 2 765 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulanıb. Bundan başqa, indiyədək 150 590 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Qeyd edək ki, İranda iyunun 14-də 107, iyunun 13-də 71 nəfərin öldüyü açıqlanmışdı. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8 milyonu ötüb. Bunların 4,1 milyon nəfərdən çoxu sağalıb, 436 mindən çoxu isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. |
XƏBƏR LENTİ
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56