Çində COVİD-19 koronavirusuna daha 20 nəfər yoluxdu

Çində yeni növ koronavirus qurbanlarının sayı ötən gün ərzində 10, yoluxanların sayı isə 20 nəfər olub, 1370 nəfər müalicə olunaraq xəstəxanalardan buraxılıb.

Leqal.info-nun məlumatına görə, bu barədə ÇXR-in səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat verib,

Onun sözlərinə görə, Çində yoluxanların ümumi sayı 80844 nəfərə çatıb, 66911 nəfər sağalıb, 3199 nəfər dünyasını dəyişib.

2019-cu ilin sonunda Mərkəzi Çində ortaya çıxan yeni koronavirusun törətdiyi xəstəlik 120-dən çox ölkəyə yayılıb və ÜST tərəfindən pandemiya kimi tanınıb. ÜST-nin məlumatına görə, bu virusa bütün dünyada 142 mindən çox insan yoluxub, təxminən 5,4 min nəfər ölüb.скачать dle 10.6фильмы бесплатно
15-03-2020, 19:20
Baxıs: 89 270
Reyting: