Rusiyada deputat erməni-faşist Qaregin Njdenin xatirə lövhəsinin üzərinə

Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni-faşisti Qaregin Njdenin şərəfinə qoyulan xatirə lövhəsi təhqir edilib.

“Report” “Rusarminfo”ya istinadən xəbər verir ki, Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov lövhənini üzərinə boya töküb.

Deputat bildirib ki, yerli hökumət noyabrın 11-dək lövhənin götürüləcəyini vəd etmişdi: “Amma buna əməl olunmayıb. Bu müddət başa çatdığı üçün məsələni müstəqil şəkildə həll etmək qərarına gəldim”.

Qeyd edək ki, faşist cəlladı və satqın Qaregin Ter-Arutyunyan Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət edib.
Rusiyada deputat erməni-faşist Qaregin Njdenin xatirə lövhəsinin üzərinə скачать dle 10.6фильмы бесплатно
13-11-2019, 17:22
Baxıs: 70 068
Reyting: