Bakıda bir sıra yollarda nəqliyyatın sıxlığı müşahidə edilir - SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında:

1. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, “Çermet” körpüsündən metronun “20 Yanvar” stansiyası istiqamətində;

3. Heydər Əliyev prospekti, metronun “Koroğlu” stansiyasının qarşısı, kənar və əsas yol, mərkəz istiqamətində;
4. “20 Yanvar” dairəsində;

5. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

6. Binəqədi şosesi, metronun “Azadlıq Prospekti” stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
скачать dle 10.6фильмы бесплатно
28-08-2023, 09:48
Baxıs: 100
Reyting: