Heydər Əliyev prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Bu gün saat 22:00-dan sabah saat 05:00-a qədər Bakının Heydər Əliyev prospektinin 26,4-cü kilometrində “P” tipli istiqamətverici lövhələrin quraşdırılması işləri aparılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, qeyd olunan vaxt müddətində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.скачать dle 10.6фильмы бесплатно
18-02-2024, 11:22
Baxıs: 650
Reyting: