Şirvanda 73 nəfər saxlanıldı

Şirvanda 73 nəfər saxlanıldı

Şirvanda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, dələduzluq, oğurluq, qanunsuz olaraq silah saxlama və xuliqanlıq cinayətləri edən ümumən 73 nəfər saxlanılıb.

Həmin şəxslərdən 60-ı narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Onlardan 22-i barəsində məhkəmə tərəfindən həbs, 38-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə, şəhər ərazisində yerləşən evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar edən 3, qanunsuz olaraq odlu silah saxlayan və xuliqanlıq hərəkətləri edən 2 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.скачать dle 10.6фильмы бесплатно
3-05-2023, 11:15
Baxıs: 146
Reyting: